Mobil versiya
Qazilər Aqil Abbası dəstəkləyəcəklərini bildirdilər - FOTOLAR
Tarix: 18-08-2024 | Saat: 17:45
Bölmə:Seçki 2024 | çapa göndər

Qazilər Aqil Abbası dəstəkləyəcəklərini bildirdilər -

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Füzulidən olan Vətən müharibəsi qaziləri ilə görüşüb.

aia.az xəbər verir ki, Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Aqil Abbas qaziləri salamlayaraq Vətən müharibəsi zamanı onların göstərdikləri fədakarlığa dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb. A. Abbas 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin tarixinin ən şanlı səhifələrindən biri olduğunu deyib, bu qələbədə şəhidlərimizin və qazilərimizin xüsusi rol oynadığını qeyd edib.

Aqil Abbas bildirib ki, Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması Ermənistana və ona havadarlıq edənlərə ciddi dərs olmalıdır. Bu gün müharibənin bitmədiyini bildirib, vəziyyəti gərginləşdirmək yolunu tutan dövlətlər yaxşı olardı ki, “Dəmir yumruq” əməliyyatını unutmayaraq Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsini imzalamasına dəstək versinlər, bununla da regionda təhlükəsizliyi, sülhü təmin etsinlər.

Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daimi olacağını bildirən A. Abbas Azərbaycan Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlar haqqında danışıb, Yaşat Fondunun və digər qeyri-hökümət təşkilatlarının müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışıb.

Sonda çıxış edən qazilər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse–prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qazilər Aqil Abbas ilə görüşün sonunda siz hər zaman bizim yanımızda olduğunuz kimi biz də sizin yanınızdayıq deyiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024