Mobil versiya
Deputatlığa namizəd Cavanşir Paşazadə Vilvanda şəhid ailələrini ziyarət edib -Fotolar
Tarix: 18-08-2024 | Saat: 16:41
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Cavanşir Paşazadə Vilvanda şəhid ailələrini ziyarət edib

Sentyabrın 1-də Azərbaycan Respublikası VII çağırış Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş və 76 saylı Lənkəran-Masallı seçki dairəsi tərəfindən qeydə alınmış Cavanşir Paşazadənin seçicilərlə görüşləri davam edir.

aia.az xəbər verir ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığa namizədin növbəti görüşü Vilvan kəndində baş tutub. Cavanşir Paşazadə ilk olaraq Vilvan kəndində şəhid Səfərov Nahid Fikrət oğlunun ailəsini ziyarət edib. Şəhidin evində keçirilən görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb. Deputatlığa namizəd Vətənimizin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Nahid kimi yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü və adlarını tarixə qızıl hərflərlə yazdıqlarını söyləyib.

Həmçinin Cavanşir Paşazadə Vilvan kəndində şəhid məzarlarını ziyarət edib. Şəhid Zülfüqarlı Qalib Layim oğlunun məzarı üzərinə çiçəklər düzülüb, şəhidimizin ruhuna dualar oxunub. Deputatlığa namizəd çıxış edərək qəhrəmanımızın ailə üzvlərinə səbr diləyib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra kənd sakinləri ilə keçirilən görüşdə deputatlığa namizəd sakinlərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Seçicilər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra səmimi şəraitdə kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Cavanşir Paşazadə bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Deputatlığa namizəd sonda seçicilərinə yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə