Mobil versiya
Seçicilərlə görüşlər yüksək əhval-ruhiyyə ilə keçir -Fotolar
Tarix: 17-08-2024 | Saat: 15:54
Bölmə:Seçki 2024 | çapa göndər

Seçicilərlə görüşlər yüksək əhval-ruhiyyə ilə keçir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Düzyurd və Dəyəqarabulaq kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisə seçkilərin bütün ölkə ərzisində keçiriləcəyini diqqətə çatdıraraq seçiciləri fəal olmağa və partiyanın namizədinə səs verməyə çağırıb: “Şübhə yoxdur ki, seçkilər xalqın öz doğma partiyasına sarsılmaz inamını əks etdirəcək”.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, ardıcıl şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir, azad iqtisadi sistem qurulub, bunun sayəsində ölkə sənayesinə xarici investisiya qoyuluşu xeyli artıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir tələblərə və çağırışlarına uyğun uğurla davam etdirilməsi sayəsində Azərbaycan Avroatlantik məkanda mühüm strateji mərkəzə çevrilib.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Rüfət İmamquliyev, Müşfiq Bağırov və digərləri çıxış edərək bildiriblər ki, qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm zəfərlər gözləyir. Natiqlər seçiciləri parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, deputatlığa namizəd Düzyurd və Dəyəqarabulaq kəndlərində fərdi görüşlər də keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024