Mobil versiya
Oğuzlular yüksək rifaha səs verəcək! -Fotolar
Tarix: 17-08-2024 | Saat: 12:58
Bölmə:Parlament | çapa göndər

Oğuzlular yüksək rifaha səs verəcək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayonunun Filfili və Bayan kəndindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyası ali hədəflərə çatmaq uğrunda mübarizə aparır. Bu isə Yeni Azərbaycan Partiyasını uğurdan uğura, qələbədən qələbəyə doğru aparır. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP 01 sentyabr Milli Məclis seçkilərində də ənənəsinə sadiq qalaraq növbəti dəfə möhtəşəm qələbə qazanacaq. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə çağırıdı.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib. Son 200 illik tariximizdə Azərbaycan özünün düşmən tapdağı altında qalan ərazilərini azad etməklə dünyada misli görünməmiş Zəfərə imza atıb. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən tərəqqi strategiyası Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. Respublikada bütün sahələrdə aparılan islahatlar nəticəsində partiyamız böyük uğurlar qazanıb və bundan sonra da uğurları davamlı olacaq. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. 01 sentyabr seçkiləri vahid Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkisi kimi tarixə düşəcək, bu da müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Ceyhun Kərimov, İlkin Lətifov, Bayan kənd sakinləri Hüseyn Rəsulov, Rövşən Cabbarov, Adil Nurməmmədov, Filfili kənd sakinləri Eyvaz Verdiyev, Fizuli Tağıyev, Dağlar Cabbarov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024