Mobil versiya
YAP-ın namizədi Asif Əsgərov seçicilərlə növbəti görüşünü keçirib -Fotolar
Tarix: 16-08-2024 | Saat: 10:53
Bölmə:Seçki 2024 | çapa göndər

YAP-ın namizədi Asif Əsgərov seçicilərlə növbəti görüşünü keçirib

VII çağırış Milli Məclisə seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və 112 saylı Zaqatala seçki dairəsində qeydə alınmış namizəd Əsgərov Asif Yunis oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizədin növbəti görüşü Zaqatalanın Mamrux və Gözbarax kəndlərində baş tutmuşdur.

Seçiciləri tərəfindən böyük coşqu ilə qarşılanan Asif Əsgərov ilk növbədə görüş iştirakçılarına öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Həmçinin deputatlığa namizəd ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafı təmin edən dövlət tədbirlərindən bəhs edib. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Asif Əsgərov bu məsələləri qeydə alıb və sonda seçicilərinə yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024