İşıqlı gələcəyə səs verək! -Foto
Tarix: 16-08-2024 | Saat: 22:17
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, şəhid Ceyhun İsabala oğlu Hüseynovun bulaq kompleksinin qarşısında seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan namizədin nümayəndəsi Seymur Şeydayev Azərbaycan Respublikasının bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəyinə inamını ifadə edib. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin fəaliyyəti ərzində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada hörmət edilən, söz sahibi olan dövlətə çevirib.
O, deputatlığa namizəd Afət Həsənova haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Suraxanı seçiciləri həmişə dövlətə, dövlətçiliyə və Prezident İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər. O, Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıb.
Görüşdə şəhid İsabala Hüseynovun atası Ceyhun Hüseynov, şəhid Muxtar Qasımlının atası Əli Qasımov və digər seçicilər çıxış edərək altıncı çağırış Milli Məclisin deputatı olduğu dövrdə vətəndaşların yanında olduğuna görə Afət Həsənovaya öz minnətdarlıqlarını bildirib, arzu və istəklərini səsləndiriblər.
Həmçinin çıxış edən seçicilər 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024