Uğurlu siyasətin davamı -Foto
Tarix: 16-08-2024 | Saat: 21:12
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədova Qobu qəsəbəsinin sakinləri ilə görüşüb.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində aparıcı rola malikdir. O qeyd edib ki, YAP qarşıdan gələn seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm Zəfərdən sonra yaranmış reallıq və yeni hədəflərlə qatılır.
Deputatlığa namizəd Nigar Məmmədova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. N.Məmmədova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri vətəndaşların rifah halının yaxşılaşdırılmasıdır. O, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən əsaslı işlərdən danışıb.
Görüşdə Vətən müharibəsi şəhidi Vidadi Zalovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən oğullarının rəşadətini, cəsurluğunu xüsusi qeyd edib. Prezident İlham Əliyevin müdrik, məqsədyönlü siyasətinin təsdiqi olan tarixi Zəfərimizin Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu bildirib. O, seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Qeyd edək ki, deputatlığa namizəd həmin gün Hökməli qəsəbəsinin sakinləri ilə də görüşüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024