Mobil versiya
Əminə Ağazadənin seçicilərlə görüşləri davam edir -Fotolar
Tarix: 15-08-2024 | Saat: 19:17
Bölmə:Parlament | çapa göndər

Əminə Ağazadənin seçicilərlə görüşləri davam edir

62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Kürdəmir rayonunun Xırdapay və Topalhəsənli kəndlərində bir qrup kənd sakinləri ilə görüşüb.

Görüşdə Əminə xanım 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin ölkəmizin siyasi həyatında əhəmiyyətindən, hər bir seçicinin dövlət və cəmiyyət qarşısında məsuliyyətindən danışıb.

Əminə Ağazadə VI çağrış Milli Məclisdə Kürdəmir rayonundan təmsil olunan deputat kimi fəaliyyətindən, rayon əhalisi ilə apardığı mütamadi görüşlərdən və bu görüşlər əsasında dövlət qurumları qarşısında qaldırılan sosial-iqtisadi məsələlərdən, seçicilər tərəfindən edilən müraciətlərin cavablandırılmasından söhbət açıb.

Deputatlığa namizəd Əminə Ağazadə öz çıxışında qarşıdan gələn parlament seçkilərində hər bir vətəndaşımızı aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024