Mobil versiya
Yeni hədəflər uğrunda -Fotolar
Tarix: 16-08-2024 | Saat: 18:00
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni hədəflər uğrunda

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynov Sahil qəsəbəsində seçicilərlə görüşüb.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşləri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır və ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.

Deputatlığa namizəd Aydın Hüseynov seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı möhtəşəm nailiyyətlərdən, dövlətimiz və xalqımız qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsindən söhbət açıb. O da qeyd olunub ki, həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb.

Seçicilər də çıxışlarında növbədənkənar parlament seçkilərində fəallıq göstərəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədi Aydın Hüseynovu birmənalı olaraq dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün namizəd şəhid Kamal Əjdər oğlu Mirzəliyevin ailəsini, o cümlədən partiya veteranı Nizami Əkbərov və el ağsaqqalı İrzababa İbrahimovu evlərində ziyarət edib, qəsəbə sakinləri ilə məhəlli görüşlər keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024