Şəmkirdə seçicilərlə görüşlər davam edir -Fotolar
Tarix: 16-08-2024 | Saat: 17:48
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Sabirkənd kəndində keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirib ki, qədirbilən Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiqdir və Yeni Azərbaycan Partiyası keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Partiyanın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını deyən F.Vəliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov öz gücünü xalqın dəstəyindən alan YAP-ın davamlı olaraq böyük uğurlara imza atdığını qeyd edib: “Azərbaycan tarixdə heç zaman bugünkü kimi güclü və qüdrətli olmayıb. Ölkəmizdə sosial-iqtisadi və siyasi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun parlaq Zəfəri nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq reytinq təşkilatlarının açıqladıqları hesabatlarda da öz əksini tapır. Əminəm ki, əldə olunan böyük və tarixi uğurlara görə seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasına etimad göstərəcək”.
Görüş iştirakçıları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər