Mobil versiya
Davamlı inkişaf yolunda… -Fotolar
Tarix: 16-08-2024 | Saat: 17:23
Bölmə:Seçki 2024 | çapa göndər

Davamlı inkişaf yolunda…

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə rayonun Vilvan kəndində seçicilərlə görüşüb.

aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev YAP-ın hər zaman ictimai-siyasi proseslərdə aktiv iştirak etdiyini, yarandığı vaxtdan etibarən mühüm uğurlar və qələbələr qazandığını diqqətə çatdırıb. O, partiyanın sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

Deputatlığa namizəd Cavanşir Paşazadə YAP-ın seçki platforması haqqında məlumat verib. O qeyd edib ki, bu gün müstəqil ölkəmiz davamlı inkişaf yolundadır: “Ölkə başçısı İlham Əliyevin reallaşdırdığı layihələr, apardığı islahatlar nəticəsində bütün bölgələrdə, o cümlədən Lənkəran rayonunda mühüm nailiyyətlər qazanılıb. Əhalinin rifahının yüksəldilməsi və insanların layiqli həyat şəraiti daim diqqətdə saxlanılır”.

Qeyd edək ki, həmin gün Cavanşir Paşazadə Vilvan kəndində şəhid Nahid Səfərovun ailəsini ziyarət edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə