Mobil versiya
“YAP-ın namizədlərinin qələbəsinə inanırıq” -Foto
Tarix: 16-08-2024 | Saat: 13:00
Bölmə:Parlament | çapa göndər

“YAP-ın namizədlərinin qələbəsinə inanırıq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyev Nərimanov rayonunun müxtəlif ünvanlarında seçicilərlə görüşüb.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən A.Abbasov partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib.
Sonra o görüş iştirakçılarına deputatlığa namizəd Samir Vəliyev haqqında geniş məlumat verib.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Samir Vəliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Namizəd vurğulayıb ki, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. “Mən qürur duyuram ki, ümumxalq partiyası olan YAP-ın namizədiyəm”, - deyən S.Vəliyev partiyanın hər zaman xalqın maraqlarından çıxış etdiyini bildirib. O, bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

S.Vəliyev qeyd edib ki, seçki bir demokratiya yarışıdır: “Mən inanıram ki, sizlər YAP-ın namizədinə səs verəcəksiniz. Sizi 1 sentyabr seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz, parlamentdə sizin layiqli təmsilçiniz olacağam”.

Sonra çıxış edən təşviqat qrupunun üzvü, Vətən müharibəsi şəhidi Ələddin Səidovun atası Azər Səidov qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, YAP-ın namizədlərinin qələbəsinə inandığını deyib. A.Səidov seçiciləri məhz YAP-ın namizədinə səs verməyə səsləyib.

Görüşdə çıxış edən seçicilər digər seçicilər də qarşıdan gələn seçkilərdə məhz YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.

Daha sonra deputatlığa namizəd S.Vəliyev seçicilərlə söhbət edib, onların arzu və təkliflərini dinləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024