Mobil versiya
YAP namizədi Qəbələ seçiciləri ilə növbəti görüşünü keçirdi -Fotolar
Tarix: 16-08-2024 | Saat: 17:11
Bölmə:Parlament | çapa göndər

YAP namizədi Qəbələ seçiciləri ilə növbəti görüşünü keçirdi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Qəbələ rayonunun Nic qəsəbəsi, Mirzəbəyli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün sahələri islahatlar aparılır. Azərbaycan iqtisadiyyatı böyük templə inkişaf edir. 1993-cü ildən partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən xarici siyasəti Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Fərman İbrahimov, İlkin Lətifov, Nic qəsəbəsi Ağsaqqalar Şurasının sədri Frans Vartanov, Udin icmasının sədri Robert Mobili, Müsəlman dini icmasının sədri Orxan Xasməmmədov, Nic qəsəbə sakinləri Rövşən Balayev, Əhməd Məmmədli, Mirzəbəyli kənd sakinləri Eynulla Babayev, Ramiz Eyyubov, Rövşən İbrahimov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Eyvaz Qurbanovun dini icmarəhbərləri ilə Qəbələ rayonu Nic qəsəbəsində olan “Cotari Alban-Udi kilsəsi”, “Müqəddəs Məryəm Ana ” Alban kilsələrini ziyarət etdi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024