Mobil versiya
Azər Əmiraslanov seçicilərlə görüşdü -Foto
Tarix: 15-08-2024 | Saat: 16:47
Bölmə:Seçki 2024 | çapa göndər

Azər Əmiraslanov seçicilərlə görüşdü

Deputatlığa namizəd Azər Əmiraslanov: “Problemlərin tez bir zamanda həlli üçün əməkdaşlıq dördbucağı mühüm rol oynayacaq”. 108 saylı Ağstafa Seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov Qırılı kənd sakinləri ilə görüşdü.

aia.az xəbər verir ki, öncə Qırılı kənd şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət olundu, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 200 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə namizədin tərcümeyi halı və platforması təqdim edildikdən sonra çıxışçılara söz verildi. Azər Əmiraslanov fəaliyyətində əməkdaşlıq dördbucağının xüsusi əhəmiyyətli olacağını vurğuladı. Deputatlığa namizəd qeyd etdiki, Dört tərəf- seçici, millət vəkili, yerli icra hakimiyyəti və digər yüksək qurumların birgə əməkdaşlığı ən effektiv düstur olacaq. Vəkillərin çıxışlarından sonra seçicilərin aqrar, sosial,fərdi zəmindəki müraciət və təklifləri isə aidiyyatı üzrə baxılması üçün qeydiyyata alındı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024