Mobil versiya
Seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatdı
Tarix: 16-08-2024 | Saat: 16:25
Bölmə:Parlament | çapa göndər

Seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatdı

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

aia.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, Sosialoji Tədqiqatlar Mərkəzi seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib:

“Təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və hər iki quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024