Mobil versiya
Qaya Məmmədovun seçicilərlə kütləvi tədbirləri və səyyar görüşləri davam etdir -Foto
Tarix: 15-08-2024 | Saat: 15:59
Bölmə:Seçki 2024 | çapa göndər

Qaya Məmmədovun seçicilərlə kütləvi tədbirləri və səyyar görüşləri davam etdir

Seçicilərlə açıq məkanda ikinci kütləvi görüşümüzü bu gün Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər Parkında keçirdik. Tədbirdə şəhid mayor Rüfət Əsgərovun atası, ağsaqqal ziyalı Mürvət Əsgərov, Birinci Qarabağ müharibəsinin şəhidi Oqtay Əliyevin həyat yoldaşı Nəsibə Əliyeva, Suraxanı sakini, hüquqşünas Siyasət Sultanlı və rayonun digər sakinləri çıxış edərək öz fikirlərini, sual və təkliflərini səsləndirdilər. Hörmətli sakinlərin suallarını cavablandırdım, qaldırdıqları məsələlərə münasibət bildirdim və onlara seçki prosesində fəal iştiraklarına görə təşəkkür etdim.

Seçicilərlə kütləvi tədbirlər və səyyar görüşlər formatında təmaslarımızı davam etdirəcəyik.

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd
Qaya Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024