Mobil versiya
Şəmkirlilər "Yeni dövrə Yeni Azərbaycanla!" gedir - FOTOLAR
Tarix: 16-08-2024 | Saat: 12:07
Bölmə:Parlament / Manşet | çapa göndər

Şəmkirlilər "Yeni dövrə Yeni Azərbaycanla!" gedir -

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, altıncı çağırış Milli Məclisin sədri Sahibə Qafarova təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib.

aia.az xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd və Düzqışlaq kəndlərinin seçiciləri ilə görüşdə də YAP-ın namizədinə dəstək ifadə olunub.

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təşviqat kampaniyasının başladığı gündən Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarovanın həm rayon, həm də kəndlərdə seçicilərlə çoxsaylı görüşlər keçirdiyini xatırladaraq, bu görüşlərə yüksək maraq göstərdiyi üçün seçicilərə minnətdarlıq edib. O, YAP-ın Milli Məclisə növbədənkənar seçkilərdə də qələbə qazanacağına inamını ifadə edib.

Görüşdə Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova çıxış edərək, sakinləri səmimiyyətlə salamlayıb, ölkəmizin əlamətdar bir siyasi hadisə ərəfəsində olduğunu, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə xalqın seçimi əsasında qanunverici orqanın yenidən formalaşacağını bildirib.

O, ümumxalq partiyası kimi xarakterizə edilən Yeni Azərbaycan Partiyasının bu seçkilərə "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə qatıldığını xatırladaraq, partiyanın seçki platformasında yeni dövrdə ölkəmizin qarşısında dayanan yeni hədəflərin əksini tapdığını bildirib. Sahibə Qafarova qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də seçicilərin etimadını qazanacağına və qalib gələcəyinə inamını ifadə edib.

Ötən parlament seçkilərindən bu günədək Azərbaycan tarixində çox mühüm hadisələrin baş verdiyini xatırladan YAP-ın namizədi xüsusilə vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində ölkəmizin möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi parlaq Zəfər, ötən il ölkəmizin suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm səhifələri sırasındadır. Bu böyük qələbələrdən sonra Azərbaycan özünün yeni və möhtəşəm inkişaf mərhələsinə daxil olub. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən möhtəşəm quruculuq və bərpa işləri Azərbaycanın qüdrətinin və gücünün daha bir göstəricisidir.

Altıncı çağırış Milli Məclisinin sədri qarşıdakı illərdə də regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davamlı olacağını da diqqətə çatdırıb.

Sahibə Qafarova seçicilərə ötən dövrdə Milli Məclisin deputatı kimi diqqət ayırdığı məsələlər barədə də məlumat verib. O, yenidən seçicilərin etimadını qazanaraq, Milli Məclisin deputatı seçiləcəyi təqdirdə yenə də ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib.

Görüşdə çıxış edən Təzəkənd və Düzqışlaq kəndlərinin seçiciləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər./yap.org.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024