YAP cəmiyyətin aparıcı qüvvəsidir -Fotolar
Tarix: 16-08-2024 | Saat: 10:28
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Söyüdlü və Ərtəpə kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev vurğulayıb ki, YAP xalqın inam və etibarını qazanan partiyadır: “YAP üzvlərinin 730 mindən çox olduğunu, həmçinin partiya sıralarında Azərbaycan cəmiyyətinin ən nüfuzlu, hörmətli, dövlətçilik və partiya yolunda böyük xidmətləri olan insanların cəmləşdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, partiyamız bu dəfə də seçkilərdə də qələbə qazanacaq”.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, ardıcıl şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir, azad iqtisadi sistem qurulub, bunun sayəsində ölkə sənayesinə xarici investisiya qoyuluşu xeyli artıb. O, siyasi islahatların isə parlamentin qanunvericilik işlərinə müsbət təsir göstərdiyini vurğulayıb.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Rüfət İmamquliyev, Tural Topçuyev, Tural Nuriyev və digərləri çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycan tarixində keçirilən bütün seçkilərdə YAP-ın uğurlar əldə etdiyini, qarşıdan gələn parlament seçkilərində də qələbə əldə olunacağına əminlik ifadə olunub.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, deputatlığa namizəd Söyüdlü və Ərtəpə kəndlərində fərdi görüşlər də keçirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ