Mobil versiya
Azərbaycan xalqı öz seçimindən əmindir! -Fotolar
Tarix: 15-08-2024 | Saat: 20:00
Bölmə:Parlament | çapa göndər

Azərbaycan xalqı öz seçimindən əmindir!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun Yevlax rayonunun Qaramanlı kəndində Qaramanlı, Köyük və Nəmirli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycanın dövlətçilik tarixinin zəngin nailiyyətlərlə dolu şanlı dövrə uğurla yekun vuraraq, yeni dövrə qədəm qoyduğunu diqqətə çatdırıb. Parlament seçkilərini Azərbaycan üçün mühüm tarixi mərhələ adlandıran R.Əliyev bu seçki marafonunda YAP-ın qələbə qazanacağına əminliyini ifadə edib.

Deputatlığa namizəd İlham Məmmədov isə çıxışında bildirib ki, Azərbaycanda güclü və sarsılmaz xalq-iqtidar birliyi var: “Bu güclü birlik Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə bizim gələcəkdə də daha böyük uğurlara şahidlik etməyimizi təmin edəcək. Ona görə ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və Prezident İlham Əliyevin “Dəmir yumruq”u ətrafında sıx birləşib”.

Görüş zamanı çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr parlament seçkilərində fəal iştirak edəcəklərini, həmçinin Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, İlham Məmmədov Yevlax şəhərində və YAP Yevlax rayon təşkilatının inzibati binasında bir qrup seçici ilə də görüş keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024