Mobil versiya
Yeni qələbələr naminə! -Fotolar
Tarix: 15-08-2024 | Saat: 21:00
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni qələbələr naminə!

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili şəhər ağsaqqalları və ahılları ilə görüş keçirib.

aia.az yap.org.az-a istinadən xəbər verir ki, görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.

Görüş zamanı deputatlığa namizəd Tahir Mirkişili cəmiyyətin inkişafında ağsaqqalların və ahılların rolu barədə danışaraq, onların həyat təcrübəsinin və hikmətinin gənc nəsil üçün örnək olduğunu vurğulayıb. O, həmçinin, ahılların sosial rifahının təmin edilməsi istiqamətində atılan addımlardan bəhs edərək, onların qayğılarının dövlət səviyyəsində həll edilməsinin prioritet olduğunu qeyd edib.

Ağsaqqallar və ahıllar isə namizədə öz dəstəklərini ifadə edərək, ona uğurlar arzulayıblar. Tahir Mirkişili isə öz növbəsində, seçkilərdə qalib gələcəyi təqdirdə, onların istək və arzularını reallaşdırmaq üçün var gücü ilə çalışacağını bildirib.

Tahir Mirkişili həmçinin, Vətən Müharibəsi şəhidləri Mehrab Niftəliyevin və Elgin Abbaslının ailəsini ziyarə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024