Mobil versiya
Azər Kərimlinin seçicilərlə növbəti görüşü -Fotolar
Tarix: 15-08-2024 | Saat: 19:00
Bölmə:Seçki 2024 | çapa göndər

Azər Kərimlinin seçicilərlə növbəti görüşü

VII çağırış Milli Məclisə seçkilərdə namizədliyi 111 saylı Zaqatala–Balakən seçki dairəsi tərəfindən qeydə alınmış
Azər Kərimli seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizədin növbəti görüşü Zaqatala rayon
Mədəniyyət evində baş tutmuşdur.

aia.az xəbər verir ki, görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.Abidə önünə gül dəstələri qoyulub

Tədbirdə ictimaiyyətin nümayəndələri, eləcədə şəhid ailələrinin üzvləri, müharibə qaziləri və veteranları iştirak ediblər. Səmimi söhbət əsnasında keçirilən görüşdə Azər Kərimli seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra seçiciləri qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Azər Kərimli bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Deputatlığa namizəd sonda seçicilərinə yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024