Müstəqilliyimizin təminatçısı -Fotolar
Tarix: 15-08-2024 | Saat: 21:12
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın Lökbatan qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyinin qorunması istiqamətində əzmlə çalışdığını bildirib. Qeyd edib ki, iştirak etdiyi bütün seçkilərdən qalibiyyətlə çıxan YAP daim xalqımızın rifahına xidmət edib.
Rayon təşkilatının sədri YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərində iştirak etdiyini xatırladaraq seçiciləri partiyanın namizədini dəstəkləməyə çağırıb.
Deputatlığa namizəd Səbinə Xasayeva partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanda müasir infrastruktur quruculuğu, qlobal enerji və nəqliyyat layihələri reallaşdırılır və bu, ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafını təmin edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işləri ölkəmizin bundan sonra da sürətlə inkişaf edəcəyini deməyə ciddi əsas verir”.
Çıxış edən seçicilər Qafqaz Əhmədov, Türkanə Əliyeva, Sevil Bədəlova, Elçin Hüseynov, şəhid anaları Pakizə Abbasova, Leyla Musayeva, şəhid atası Novruz Əliyev və başqaları görüş iştirakçılarını Azərbaycanın inkişafı və tərəqqisi naminə yorulmadan çalışan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ