Yeni zirvələr fəth edəcəyik! -Fotolar
Tarix: 15-08-2024 | Saat: 21:05
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb. Qeyd olunub ki, cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olunub: “Məhz bu amillər imkan verir deyim ki, bu seçkilərdə xalqın seçimi yenə də YAP-ın namizədləri olacaqdır”.
Çıxış edən deputatlığa namizəd Heydər Əsədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ərazi bütövlüyümüzün bərpası, qalib xalqa çevrilməyimiz Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin nəticəsidir: “Qazandığımız uğurlar fonunda YAP-ın 1 sentyabrda keçiriləcək parlament seçkilərində qələbə qazanacağı heç kimdə şübhə doğurmur”.
Görüş iştirakçılarından Güləli Əhmədov, Ağazər Şükürov, Tofiq Hüseyn, Fəxrəddin Rəhimov, Rəhim Hüseynov, Alim Zülfüqarov, Paşa Nəbiyev və Firudin Babayev çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər isə inamla ifadə ediblər ki, bu illər ərzində qazanılan zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni-yeni zirvələr fəth edəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ