Mobil versiya
Yeni Azərbaycan Partiyası ilə yeni hədəflərə doğru! -Fotolar
Tarix: 15-08-2024 | Saat: 18:15
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyası ilə yeni hədəflərə doğru!

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 103  saylı Şəmkir kənd seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənov Sumqayıt YAP ŞƏmkir rayon təşkilatının qərargahında Mədəniyyət sahəsində çalışan seçicilər və Ziyalılar, Ağsaqallar üzrə olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyamızın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov əvvəlcə fəaliyyəti barədə seçicilərə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Famil Həmidov, İbrahim İbrahimov, Ayaz Orucov, Elvira Allahverdiyeva və digərləri çıxış edərək ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər. Çıxış edənlər 1 sentyabrda Sumqayıt seçicilərini məntəqələrə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Sonda çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi və onun səsləndirdiyi fikirlər ətrafında fikirlərini bildirib, təkliflərini səsləndiriblər və 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024