Mobil versiya
Böyük uğurların davamına səs verək . -Fotolar
Tarix: 15-08-2024 | Saat: 16:44
Bölmə:Seçki 2024 | çapa göndər

Böyük uğurların davamına səs verək .

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayonunun Calut kəndindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələri islahatlar aparılır. Azərbaycan böyük templə inkişaf edir, ölkəmiz hərbi və iqtisadi cəhətdən daha da qüdrətlənir. Qeyd olundu ki, Partiyamız yarandığı tarixdən ölkəmizdə keçirilən bütün seçkilərdə qalib kimi başa vurub. Seçkilərə hazırlıqla bağlı görülmüş işlər deməyə əsas verir ki, seçicilərin 01 sentyabrda inkişafın davamına səs verəcəklər. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi əldə oluşmuş nailiyyətlər Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyur. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. 01 sentyabr seçkiləri vahid Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkisi kimi tarixə düşəcək, bu da müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.
İctimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə aktiv iştirak edən Calut kəndindən olan seçicilər hər zaman dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar ediblər.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Nazim Hüseyni, Emin Cəfərov, kənd ağsaqqalları Bayram Abbasov, Lətif Abbasov, şəhidin həyat yoldaşı Sevinc Əmrahova və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Qeyd edək ki, 15.08.2024-cü il tarixdə YAP-nın səlahiyyətli nümayəndəsi və təşviqat qrupunun üzvləri Oğuz şəhəri 20 Yanvar küçəsində seçicilərlə məhəlli görüş keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024