Mobil versiya
Cersi şeytanı, rəqs edən varlıqlar – fotokameralara düşmüş ruhlar - FOTOLAR
Tarix: 13-09-2015 | Saat: 01:29
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər





Cin, şeytan, ruh bir çoxlarının inanmadığı, bəzilərinin isə həddən artıq qorxduğu məfhumlardır. Dini kitablarda bunlarla bağlı müxtəlif hədislər, rəvayətlər yer alsa da, bəziləri adları sadalananların mövcudluğuna inanmırlar. Maraqlıdır ki, ayrı-ayrı vaxtlarda ovçuların, fotoqrafların kameralarına tuş gəlmiş bu görüntülər indiyədək söylənilənləri müzakirə mövzusuna çevirib.

Publika.az xəbər verir ki, görüntülərdə gecələr ağacların altında dayanmış naməlum varlıqlar, “rəqs edən” ruhlar, maralın hürkərək baxdığı uşaq əks olunur. Dünyanın müxtəlif ölkələrinin ekspertləri naməlum varlıqlarla bağlı fərqli versiyalar səsləndirirlər.

Müxtəlif ölkələrdə gecələr kameralara düşmüş qorxunc görüntülər cavabı hələ də tapılmayan sualları ortaya çıxarıb: - fotokameralara tuş gələn bu varlıqlar kimlərdir? – cin, şeytan, ruh, yoxsa..?

Yalnız onu qeyd edə bilərik ki, fotolardan birində kameralara düşmüş, ceyranı qovan müəmmalı varlıq barəsində onilliklərdir müxtəlif versiyalar səsləndirilir. Bir zamanlar ABŞ-ln Nyu-Cersi ştatının cənubunda, Payn Barrensdə peyda olduğu deyilən əfsanəvi varlıq indi də həmin ölkədə “Cersi şeytanı” adlandırılır. ABŞ-ın Milli Hokkey liqasında onun adına komanda da var – “Nyu-Cersi Devilz”. Eləcə də Atlantik-Sitidə, ABŞ Hərbi Hava Qüvvələrinin 177-ci eskadrası, bibər tomatı bu şeytanın adını daşıyır.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024