Gədəbəylilərin seçimi YAP-ın namizədidir -Fotolar
Tarix: 15-08-2024 | Saat: 11:10
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Qaradağ və Arıqdam kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev vurğulayıb ki, ümumxalq partiyası olan YAP yarandığı dövrdən indiyə qədər Azərbaycanın tərəqqisi naminə çalışıb: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azəbaycan Partiyasının nüfuzu gündən-günə artır”.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun müddət işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olmaqla ata vəsiyyətini, Vətənə sədaqət andını, xalqa vədini şərəflə yerinə yetirib.
D
eputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Rüfət İmamquliyev, Tural Topçuyev, Tural Nuriyev və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Qeyd olunub ki, bütün fundamental siyasi və iqtisadi əsaslar YAP-ın seçkilərdə qələbəsini təmin edir.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, deputatlığa namizəd Qaradağ və Arıqdam kəndlərində fərdi görüşlər də keçirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ