Mobil versiya
Bəhruz Məhərrəmovun seçicilərlə növbəti görüşü -Fotolar
Tarix: 14-08-2024 | Saat: 18:00
Bölmə:Seçki 2024 | çapa göndər

Bəhruz Məhərrəmovun seçicilərlə növbəti görüşü

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi 69 saylı Biləsuvar seçki dairəsi tərəfindən qeydə alınmış namizəd Bəhruz Məhərrəmov vəkillərinin və səlahiyyətli nümayəndəsinin də daxil olduğu seçki-təşviqat komandasının üzvləri ilə birgə növbəti görüşü Nərimankənddə baş tutub

aia.az xəbər verir ki, görüşdə kənd ictimaiyyətinin nümayəndələri, eləcədə şəhid ailələrinin üzvləri, müharibə qaziləri və veteranları iştirak ediblər. Açıq havada, səmimi söhbət əsnasında keçirilən görüşdə Bəhruz Məhərrəmov seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Bəhruz Məhərrəmov bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Bəhruz Məhərrəmov sonda seçicilərinə
yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirdi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024