Qubalılar YAP-ın siyasi xəttini dəstəkləyir -Fotolar
Tarix: 14-08-2024 | Saat: 21:57
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun Üçgün kəndindən olan seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadla xəbər verir ki, görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deputatlığa namizədin fəaliyyəti barədə məlumat verib, seçiciləri 1 sentyabr parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə qeyd edib ki, YAP partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam edəcək.
Görüş iştirakçılarından Laçın Səfərəliyev və Ramiz Həmzəyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində bəyan ediblər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyəcəklər.
Qeyd edək ki, Ə.Məhərrəmzadə şəhidlər Nuran Akif oğlu Mirzəyev, İsmət Şölət oğlu Hacıyev və Bəşir Nizami oğlu Abbasovun ailələrini ziyarət edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ