Mobil versiya
Eyvaz Qurbanov növbəti görüşünü Qəbələdən olan seçiciləri ilə keçirdi. -Fotolar
Tarix: 14-08-2024 | Saat: 19:18
Bölmə:Seçki 2024 | çapa göndər

Eyvaz Qurbanov növbəti görüşünü Qəbələdən olan seçiciləri ilə keçirdi.

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Qəbələ rayonunun Bum, Qəmərəvan qəsəbələrindən, Zərgərli, Tikanlı və Abrıx kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə sürətlə və dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün sahələri islahatlar aparılır. Azərbaycan iqtisadiyyatı böyük templə inkişaf edir, ölkəmiz daha da qüdrətlənir. Qeyd olundu ki, 1993-cü ildən partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən xarici siyasəti Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb.
İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Bu müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Növbədənkənar seçkilər aparılan hərtərəfli islahatların davamıdır.
İctimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə aktiv iştirak edən Qəbələli seçicilər hər zaman ədalətin, haqqın tərəfində olub, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar ediblər.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri İlkin Lətifov, Fərman İbrahimov, Bum qəsəbə sakinləri Azər Əfəndiyev, Hürü İbrahimova, Rəşadət Nurədinov, Tikanlı kənd sakini Nizami Abdullayev, Müslüm Cabbarov, Sakit Bəkirov, Ramiz Mikayılov, Abrıx kənd sakini Ədalət Tağıyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024