Müharibə bitməyib! – Tarixi ZƏFƏRDƏN uzaqlaşdıqca NƏYƏ yaxınlaşırıq?
Tarix: 19-09-2026 | Saat: 16:47
Bölmə:Ölkə | çapa göndər

Yaxın şanlı tariximizin unudulmaz günlərindən birinin ildönümüdür. Üç il öncə Qarabağda başlanan və cəmi 23 saat çəkən antiterror əməliyyatı ilə nəhayət, ərazimizdə aqressiv erməni separatizminin və faşizminin sonu gəldi. Onunla bahəm, xuntaçı rejimin havadarlarının ayağı müqəddəs torpaqlarmızdan kəsildi.
Sözsüz, çox böyük, möhtəşəm uğurdur. O dərəcədə ki, xalq, millət olaraq onun əzəmətini hələ çox sonralar görəcəyik. Çünki hələ onun yanında-yaxınındayıq, çox uzaqlaşmamışıq...
Bir günlük antiterror əməliyyatı ilə eyni zamanda, tarixi ədalət öz yerini tapıb. Rus çarının iki əsr öncə “Qafqaz qaraçıları”na peşkəş elədiyi torpaqlar öz halal yiyəsinə qayıdıb.
Hərgah, revanşist sürüsünün və bəzi çevrələrin səsi kəsilməyib. Orda-burda hələ də hürüşür, “artsaxa kollektiv, təhlükəsiz və zəmanətli qayıdış”dan dəm vururlar. Ayağımızın altını qazıyırlar. “Ermənistan” adlı qədim Türk yurdundan zorla qovduqları yüz minlərlə azərbaycanlını isə sanki ana doğmayıbmış, insan deyilmişlər, onların qayıdış haqqı haqda eşitmək belə istəmirlər. Bunu hətta olmayan dövlətçiliklərinə təhlükə sayırlar.
Bu harasıdır, Azərbaycan daxil, bütün dünyanı özlərinə axmaqcasına borclu saymağa davam edirlər. Nədən ki, xəstə təfəkkür, düşmənçilik ovqatı, Türkə nifrət, əsiri olduqları “qədim xalq” mifi, saxta tarixləri ciddi dəyişikliyə uğramayıb, normala gəlməyib...
Beləcə, Azərbaycan 2023-cü ilin sentyabrında öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa eləsə də, sülh müqaviləsi paraflansa da, əslində, müharibə bitmiş sayılmaz. Erməni toplumunun əksər hissəsinin qafasında çürük “miatsum” ideyası yaşayırsa, revanşizm hissi güclüdürsə, niyə də barıtımızı quru saxlamayaq, sərvaxt olmayaq? Ən mühümü, Ermənistanın konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı absurd ərazi iddiaları çıxarılmayıb. O səbəbə 6 ildir sülh müqaviləsi imzalanmamış qalır.
Bu mənada iyunun 7-də keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın partiyasının növbəti qələbəsi hələ ki, qonşu toplumun ağıllanması və sülh istəməsi anlamına gəlməz. Eyforiyaya qapılmayaq. Dəqiq cavabı biz yeni konstitusiya ilə bağlı gözlənilən referendumdan sonra biləcəyik. Yəni, həqiqətənmi haylar Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini bağlamaq istəyirlər, yoxsa növbəti dəfə hiyləgərcəsinə revanşizm üçün vaxt udmağı hədəfləyiblər?..
Narahatlığımız bu xüsusda qətiyyən əbəs deyil. Bu da daha bir dəlil: Bakıdakı xarici diplomatların ötən həftə Qarabağa və Şərqi Zəngəzura elədikləri səfərə ənənəvi radikal revanşist zümrə ilə yanaşı, Ermənistan iqtidarının bir qisminin də həyasız reaksiyası göstərdi ki, rəsmi İrəvanın sülh ritorikasına, şirin sözlərinə bel bağlamaq olmaz. Kapitulyant ölkə hər şeydən öncə əməldə BÖYÜK SÜLH sülh üçün çox iş görməlidir – hakimiyyət və cəmiyyət olaraq.
Başqa yol yoxdur, olmayacaq. Ermənilərin şirin vədlərinə, qulağa xoş gələn bəyanatlarına inanmaq dövrü bitib. Və həqiqətən onlar iki xalqın dinc-yanaşı yaşamasını arzu edirlərsə, buyursunlar sübut eləsinlər. O sırada konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmaqla yanaşı, digər normativ hüquqi sənədləri də qaydaya salsınlar, barıt qoxulu Müstəqillik Bəyannaməsinə müvafiq düzəliş eləsinlər.
Gecə-gündüz sülhdən danışmaqla barışıq olmur, olmayacaq. Barışıqdan danışa-danışa qoltuq altda daş gizlətmirlər. Biz o daşı da, dəyişmək istəməyən məkrli erməni xislətini də yaxşı görürük. Blef zamanı keçib!..
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-09-2026
12:48 Bazar gününün havası