Mobil versiya
Hədəflər reallığa çevrilir -Fotolar
Tarix: 14-08-2024 | Saat: 18:56
Bölmə:Seçki 2024 | çapa göndər

Hədəflər reallığa çevrilir

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Sumqayıt şəhərində məskunlaşan zəngilanlı seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. O bildirib ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir.

Deputatlığa namizəd İmaverdi İsmayılov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə getməsindən, parlament seçkilərinin ilk dəfə bütün ölkə ərazisində keçirilməsinin əhəmiyyətindən bəhs edib: “Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün qürur və iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır”.

Təşviqat qrupunun üzvləri Məhəmmədəli Qarayev, Polad Məhərrəmov, Fuad Hüseynov və Famil Məmmədəliyev çıxış edərək seçiciləri Azərbaycanın parlaq gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024