Türk dünyasının həmrəyliyi
Tarix: 21-09-2026 | Saat: 17:09
Bölmə:Siyasət | çapa göndər

Beynəlxalq münasibətlər mühitində dövlətlərin dayanıqlılığı, milli maraqların qorunması, cəmiyyətlərin mənəvi-sosial müqavimət qabiliyyəti və gənc nəslin dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması təhlükəsizliyin ayrılmaz elementlərinə çevrilib. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv dövlətlərin təhlükəsizlik sahəsinə məsul rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu əməkdaşlığın əsas mahiyyətini aydın şəkildə ortaya qoydu.
Dövlət başçısının çıxışında Türk dünyasının Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğu bir daha vurğulandı. “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın Türk dünyası ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti ifadə edir. Bu yanaşma yalnız ortaq tarix, dil və mədəni irslə deyil, həm də qarşılıqlı inam, həmrəylik və birgə fəaliyyət üçün möhkəm əsaslarla şərtlənir. Son dövrlərdə TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi türk dövlətlərinin ümumi imkanlarının daha geniş şəkildə səfərbər olunduğunu göstərir. Azərbaycanın təşkilat daxilində fəal və təşəbbüskar mövqeyi də bu prosesdə ortaq gündəliyin formalaşmasına mühüm töhfə verir.
Cəmiyyətlərə yönələn müxtəlif xarici təsirlərin daxili sabitliyə təsir göstərə bildiyi indiki şəraitdə təhlükəsizlik məsələlərinə daha geniş yanaşılması zərurəti yaranır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Türk dövlətlərində daxili sabitliyin və ictimai həmrəyliyin qorunmasının vacibliyidir. Bu baxımdan dövlət başçısının gənclərlə bağlı səsləndirdiyi fikirlər xüsusi aktuallıq daşıyır. Dünyagörüşü və sosial mövqeyi hələ formalaşmaqda olan gənc nəslin müxtəlif təsirlərə və manipulyasiyalara məruz qala bilməsi təhlükəsizlik anlayışının daha geniş çərçivədə nəzərdən keçirilməsini tələb edir. Gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tarixi yaddaşın qorunması və müasir dünyanın çağırışlarının düzgün qiymətləndirilməsi uzunmüddətli ictimai sabitliyin mühüm şərtlərindən biridir.
Dövlətin dayanıqlılığını yalnız onun iqtisadi resursları və hərbi imkanları ilə müəyyənləşdirmək mümkün deyil. Milli birlik, dövlətçilik şüuru və milli-mənəvi dəyərlərə bağlılıq da cəmiyyətin və dövlətin davamlılığını təmin edən əsas amillər sırasındadır. Prezident İlham Əliyevin bu məsələləri təhlükəsizlik gündəliyinin mühüm istiqamətlərindən biri kimi təqdim etməsi Türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf xəttinə dair əhəmiyyətli mesajdır. Bu baxımdan TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsi xüsusi önəm daşıyır. Gənclər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi, mədəni və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsi Türk dünyasında gələcək həmrəyliyin daha möhkəm təməllər üzərində qurulmasına imkan yarada bilər. Çünki dövlətlər arasındakı münasibətlərin uzunmüddətli xarakter alması yalnız rəsmi siyasi əlaqələrdən deyil, xalqlar və xüsusilə gənc nəsillər arasında yaradılan davamlı təmaslardan da asılıdır.
Sentyabrın 17-də Bakıda baş tutan görüşün mühüm mesajlarından biri də Türk dünyasının təhlükəsizliyinin və sabitliyinin ortaq məsuliyyət prinsipinə əsaslanmasının zəruriliyidir. Bu məsuliyyətin əsas dayaqlarını qarşılıqlı etimad, bir-birinin milli maraqlarına hörmət və gələcək nəsillər arasında birliyi möhkəmləndirən çoxşaxəli əməkdaşlıq təşkil edir. Azərbaycanın irəli sürdüyü yanaşmalar isə TDT məkanında təhlükəsizliyin, sabitliyin və ümumi dayanıqlılığın daha da gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər