Mobil versiya
“Pul ver, kredit borcunu silək” tələsi: Sosial şəbəkələrdə yeni dələduzluq üsulu
Tarix: 21-09-2026 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

“Pul ver, kredit borcunu silək” tələsi: Sosial şəbəkələrdə yeni dələduzluq üsulu




Sosial şəbəkələrdə vətəndaşlara müəyyən ödəniş müqabilində bank olmayan kredit təşkilatlarına (BOKT) olan borclarının silinəcəyi vəd edilir. Mütəxəssislər belə təkliflərin dələduzluq məqsədi daşıya biləcəyi barədə xəbərdarlıq edirlər.

Hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bəzi hallarda vətəndaşdan əvvəlcədən pul alınır, daha sonra isə həmin sosial şəbəkə hesabı bağlanır və əlaqə kəsilir.

Ekspertin sözlərinə görə, tanımadığı şəxsin kiçik ödəniş müqabilində böyük məbləğdə kredit borcunu “silmək” vədinə inanmaq olmaz. Kredit öhdəliyinin aradan qaldırılması hüquqi əsas tələb edir və kənar şəxslərin pul qarşılığında bunu qeyri-rəsmi şəkildə həll edə biləcəyi barədə vədlər ciddi şübhə doğurmalıdır.

Belə hallarla qarşılaşan vətəndaşlara yazışmaları, ödəniş qəbzlərini, telefon danışıqlarına dair məlumatları və sosial media hesablarının görüntülərini saxlamaq tövsiyə olunur. Zərərçəkənlər bu sübutlarla hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Xüsusilə əvvəlcədən pul, bank kartı məlumatları və ya şəxsi məlumatlar tələb edən “borc silmə” təkliflərinə qarşı diqqətli olmaq vacibdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-09-2026