Mobil versiya
Uğurumuz birliyimizdədir! -Fotolar
Tarix: 14-08-2024 | Saat: 10:30
Bölmə:Parlament | çapa göndər

Uğurumuz birliyimizdədir!

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın şəhid ailələri ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzindəki abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub.

Sonra Nigar Məmmədova Hökməli qəsəbəsində şəhid Qiyas Manafovun ailə üzvləri ilə görüşüb. Görüşdə şəhid Balaş Cəfərovun, şəhid Malik Əliyevin, şəhid Fərid İlyasovun, şəhid Xalid Mecdunovun, şəhid Elşən Müslümovun ailə üzvləri, Vətən müharibəsi əlili Məhərrəm Həmidov və digər şəxslər də iştirak ediblər.

Deputatlığa namizəd Nigar Məmmədova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri diqqətə çatdırılıb.

Nigar Məmmədova qeyd edib ki, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, o cümlədən Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən daima əziz tutulur, müharibə veteranları ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilir.

Şəhidimizin atası Ramil Manafov və anası İlahə Manafova onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər. Görüş üzvləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024