Füzulidə seçicilərlə görüş davam edir -Fotolar
Tarix: 14-08-2024 | Saat: 14:16
Bölmə:Parlament | çapa göndər
Seçkiqabağı təbliğat-təşviqat kampaniyamız Füzuli rayonu Birinci Mahmudlu kəndinin sakinləri ilə davam etdi. Bütün görüşlərimizdə olduğu kimi, öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi.
Seçicilər ilə müntəzəm ünsiyyətin saxlanmasının fəaliyyətimdə əsas istiqamətlərdən biri olduğunu bildirirək VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə həyata keçirdiyim işlər ilə bağlı geniş məlumat təqdim etdim. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Füzuli rayonunun inkişafı üçün də yeni imkanlar yaratmaqla yanaşı həm də yeni hədəflər müəyyənləşdirmişdir.
Seçicilərin etimadını qazanacağım halda əvvəlki illərdə olduğu kimi Horadiz şəhərində hər ay təşkil edilən qəbulların və kənd sakinləri ilə ayrıca görüşlərin davam etdiriləcəyini bildirdim. Milli Məclisdə də Füzuli rayonunu layiqincə təmsil etməyə çalışacam.
İnteraktiv formada keçirilən görüşdə kənd sakinlərinin fikirləri dinlənildi və sualları cavablandırıldı.
Elmimlə Daim Elimin Yanındayam!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024