Mobil versiya
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Qaya Məmmədovun seçiçilərilə növbəti görüşü
Tarix: 14-08-2024 | Saat: 12:00
Bölmə:Parlament | çapa göndər

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Qaya Məmmədovun seçiçilərilə növbəti görüşü

aia.az xəbər verir ki, bu gün Suraxanı rayonu Qurban Abbasov adına Mədəniyyət Sarayında bir qrup gənc, idmançı və ziyalı ilə görüş keçirdim. Tədbirdə qarşıdan gələn parlament seçkilərində səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclər də iştirak edirdi.

Tədbiri Suraxanı rayon sakini, Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astronomiya üzrə qızıl medalçısı, ABŞ-nin Harvard Universitetinin tələbəsi Qəndab Məmmədova aparırdı.

Tədbirdə çıxış edən Qəndab Məmmədova, Vətən Müharibəsi iştirakçısı Xəqani Muradov, dosent Ata Babayev, tanınmış pedaqoq Muxtar Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə elm və təhsilin inkişafında əldə olunan tərəqqidən danışdılar, deputat seçiləcəyim təqdirdə bu sahəyə töhfə verməyimə dair inam və gözləntilərini ifadə etdilər.

Dəyərli gənclərimizin və hörmətli zizyalılarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhlükəsizliyi və inkişafı uğrunda aparılan siyasətə verdikləri dəstəyə görə təşəkkür edirəm. Deputat seçiləcəyim təqdirdə bu siyasi kursa töhfə vermək üçün əlimdən gələni edəcəyəm.

Qəndab Məmmədova və onun timsalında rayonun parlaq gənclərinə uğurlar arzulayıram, onların valideynlərinə və müəllimlərinə təşəkkür edirəm.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2024