Mobil versiya
YAP-ın uğurlarının arxasında xalqın inamı dayanır! -Fotolar
Tarix: 13-08-2024 | Saat: 22:29
Bölmə:Parlament | çapa göndər

YAP-ın uğurlarının arxasında xalqın inamı dayanır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz şəhərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə sürətlə və dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün sahələri əhatə edən uğurlu islahatlar davamlı inkişafımızın bundan sonra da davam etməsi üçün əsaslı zəmin yaradır. Azərbaycan günü-gündən çiçəklənir, daha da qüdrətlənir. O, indiyədək iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, YAP-ın bu dəfəki seçkilərdə də qələbə qazanacağına əminliyini ifadə edib.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib. Son 200 illik tariximizdə Azərbaycan özünün düşmən tapdağı altında qalan ərazilərini azad etməklə dünyada misli görünməmiş Zəfərə imza atıb. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən tərəqqi strategiyası Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb.
Bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Bu müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Ölkə başçısının sərəncamı ilə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır. Eyni zamanda, ilk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək.
Eyvaz Qurbanov çıxışında gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Təranə Zəkəriyyəyeva, Günel Abdullayeva, gənclərdən Seymur Dadaşzadə, Lena Məmmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən gənc seçicilərdən Seymur Dadaşzadə və Lena Məmmədova 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Qeyd edək ki, 13.08.2024-cü il tarixdə YAP-nın səlahiyyətli nümayəndəsi və təşviqat qrupunun üzvləri Oğuz şəhəri Axundov küçəsində seçicilərlə məhəlli görüş keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024