Mobil versiya
Astara seçiciləri uğurların davamına səs verəcək -Foto
Tarix: 13-08-2024 | Saat: 22:13
Bölmə:Parlament | çapa göndər

Astara seçiciləri uğurların davamına səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayon Suparibağ kəndində seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Suparibağ kənd şəhidlər kompleksi ziyarət olunaraq abidə önünə tər güllər düzülüb.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən növbədənkənar prezident seçkilərinin ardınca bu gün növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi hər birimizi qürurlandırır. Artıq ötən dövr üçün qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunması yeni çağırışlara əsas verir. Bu hədəfləri dövlətimizin başçısı İlham Əliyev növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bütün istiqamətlər üzrə diqqətə çatdırdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə uğurla başladıq, uğurla da davam edəcəyik.

Tədbirdə çıxış edən deputatlığa namizəd Rəşad Mahmudov qeyd edib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır: “YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə öz töhfələrini vermək üçün daha böyük səylə çalışır. Partiyanın yeni dövrün çağırışlarına uyğun olaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Xalqımız bu seçkilərdə də “Yeni dövrə yeni Azərbaycanla” deyərək partiyanın namizədlərinə dəstək olacaq, yeni hədəflərin uğurlu icrasına töhfələrini verəcəklər.”

Tədbirdə, həmçinin kənd ağsaqqalı Ələskər Əliyev, kənd sakini Aydın Məcidov çıxış edərək söyləyiblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədlərinin inamlı qələbə qazanacağına şübhə yoxdur.

Qeyd edək ki, deputatlığa namizəd Rəşad Mahmudov Astara şəhərinin Nuru Paşa küçəsində bir qrup seçici ilə də görüşüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024