Mobil versiya
Zəfərlərə davam! - FOTOLAR
Tarix: 13-08-2024 | Saat: 17:48
Bölmə:Seçki 2024 | çapa göndər

Zəfərlərə davam!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun Yevlax rayonunun Kövər kəndində seçicilərlə görüşü keçirilib.

aia.az yap.og-a istinadən xəbər verir ki,Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil və qüdrətli Azərbaycanın banisidir: “Ölkəmizin milli maraqlarını hər şeydən üstün tutaraq xalqımız qarşısında misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində Azərbaycan bu gün inkişaf yolundadır. Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizə tarixi uğurlar qazandırmaqdadır”.

Tədbirdə çıxış edən deputatlığa namizəd İlham Məmmədov əvvəlcə seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Heydər Əliyev ideyaları yaşayır, Azərbaycanın firavan gələcəyini layiqincə təmin edir. Qeyd edilib ki, ölkəmiz sürətlə inkişaf edir və öz qüdrətini artırır. Azərbaycanın uğurlu inkişaf yolu keçməsi Prezident İlham Əliyevin müdrik siyasətinin real nəticəsidir: “Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev ölkəmizi ən uca zirvəyə yüksəldib”.

Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. “Zəfərlərə davam etmək üçün Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərəcəyik”, - deyə qeyd edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024