Mobil versiya
Ölkəmizin işıqlı sabahına səs verək - FOTOLAR
Tarix: 13-08-2024 | Saat: 17:27
Bölmə:Seçki 2024 | çapa göndər

Ölkəmizin işıqlı sabahına səs verək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu Yuxarı Zeyxur kəndində və Samur qəsəbəsində seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadla xəbər verir ki, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığını və budəfəki seçkilərə də qələbə əzmi ilə getdiyini söyləyib.

Çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O, bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsi və Azərbaycanın qüdrətinin ifadəsidir.

Tədbirdə təşviqat qrupunun üzvü Fərhad Pirmətov, kənd ağsaqqalı Şair Bədirxanov, həmçinin görüş iştirakçılarından Mirzə İsmayılov, Hörmət Ağacanov, Roza Piraliyeva, Tənzilə Məmmədova və digərləri çıxış edərəkuğurlarımızın davamı naminə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. “Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərərək ölkəmizin işıqlı sabahına səs verək”, - deyə vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024