Mobil versiya
Xətai seçiciləri YAP-ın namizədinə səs verəcəklər -Foto
Tarix: 13-08-2024 | Saat: 15:24
Bölmə:Seçki 2024 | çapa göndər

Xətai seçiciləri YAP-ın namizədinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyeva Xətai rayonu, Cavanşir küçəsində seçicilərlə görüş keçirib.

aia.az yap.org-a istinadla xəbər verir ki, Deputatlığa namizəd Pərvanə Vəliyeva şəhid Xaliq Əzizzadənin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.

Seçicilər qarşısında çıxış edən Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan hazırda müasir dövlətçilik tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşayır: “30 ildən çox işğal altında olan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə azad edilərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldılıb. Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkəmizdə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır”.

Daha sonra deputatlığa namizəd seçiciləri dinləyib, onların suallarını cavablandırıb. Şəhid Xaliq Əzizzadənin atası Vidadi Əzizzadə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən oğullarının - Azərbaycan gəncliyinin məğrurluğunu, rəşadətini, cəsurluğunu xüsusi qeyd edib. O, sakinləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Seçicilər də öz növbəsində seçimlərinin YAP-ın namizədi olacağını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024