Mobil versiya
Rizvan Nəbiyev seçicilərlə növbəti görüşünü keçirib -Fotolar
Tarix: 13-08-2024 | Saat: 10:00
Bölmə:Seçki 2024 | çapa göndər

Rizvan Nəbiyev seçicilərlə növbəti görüşünü keçirib

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev seçicilərlə növbəti görüşünü keçirib.

Görüş Əlincə İdman Kompleksində təşkil olunub.

R.Nəbiyev görüş zamanı öz seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdırıb.

Deputatlığa namizəd söyləyib ki, seçki platformasında hədəf götürdüyü məsələlərdən biri də Abşeronda səyyar səhiyyə müayinələrinin təşkili üçün aidiyyəti dövlət qurumları ilə intensiv işin təmin edilməsidir.

O, seçicilərin etimadını qazanacağı təqdirdə onları maraqlandıran məsələləri gündəmdə saxlayacağını və həlli istiqamətində öz səylərini əsirgəməyəcəyini bildirib.

R.Nəbiyev insanların sosial rifahının yüksəldilməsi istiqamətində prioritet olan məsələlərin daim diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

Deputatlığa namizəd əlavə edib ki, Milli Məclisə üzv seçildikdən sonra təmsil olunduğu dairə üzrə hər bir seçicinin müraciəti ciddi şəkildə araşdırılacaq, milli qanunvericiliyimizin tələblərinə uyğun onların həllini tapması üçün aidiyyəti orqanlara sorğular ünvanlanacaq və nəticəsi barədə vətəndaşa məlumat veriləcək.

O, seçicilərin etimadını qazanacağı təqdirdə onlarla sıx və möhkəm əlaqələrin qurulacağına təminat verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024