Mobil versiya
YAP keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. -Fotolar
Tarix: 13-08-2024 | Saat: 11:24
Bölmə:Seçki 2024 | çapa göndər

YAP keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb.

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayon Kərimli və Qarabaldır kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, qeyd etdi ki, 1993-cü ildən partiya respublikada keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu və ərazidə dövlət tərəfindən 2003-2024-cü illərdə həyata keçirilmiş sosial layihələr haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Ölkəmizdə Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs edib. Natiq bildirdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Vurğulanıb ki, Milli Məclisə keçirilən növbədənkənar seçki 07 fevral 2024-cü ildə keçirilmiş “Zəfər”seçkisinin məntiqi davamıdır. Belə ki, 01 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Günel Abdullayeva, Ceyhun Kərimov, İlkin Lətifov, kənd ağsaqqalı Sahib Camıyev, kənd sakini Mehman Nəcməddinov və digərləri çıxış ediblər.
Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə öz səsini verəcəklərini bildirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024