Yeni Azərbaycan Partiyası çox güclü və ümumxalq partiyasıdır -Fotolar
Tarix: 12-08-2024 | Saat: 19:17
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Pərizamanlı, Qoşabulaq, Samanlıq və Moruxlu kəndlərində seçicilərlə görüşü keçirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir. Ona görə də, tam əminliklə söyləmək olar ki, indiki parlament seçkilərində də xalq YAP-ın namizədlərinə səs verəcək.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Onun sözlərinə görə, platformada qazanılan nailiyyətlərlə yanaşı, mühüm prioritet və hədəflərdən irəli gələn vəzifələr öz əksini tapıb. Deputatlığa namizəd bildirib ki, Bu gün ölkəmizin Beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi liderlik bacarıqlarının məntiqi nəticəsidir və ölkəmiz həm diplomatik, həm iqtisadi sahələrədə yeni yeni uğurlara imza atmaqdadır.
Sevinc Hüseynova vurğulayıb ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Sahib Quliyev, Rüfət İmamquliyev, Niyaz Qasımov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Bütün bu fundamental siyasi və iqtisadi əsaslar Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsini təmin edir.
Görüşdə çıxış edən seçicilər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Pərizamanlı, Qoşabulaq, Samanlıq və Moruxlu kəndlərinin ərazisində görüşlər keçirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024