Yeni Azərbaycan Zəfər zirvəsindədir! -Fotolar
Tarix: 12-08-2024 | Saat: 17:49
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun YAP Şirvan şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, daim dövlətçiliyimizə xidmət edən Yeni Azərbaycan Partiyası əldə olunan uğurlarla kifayətlənmir, yeni hədəflərə doğru irəliləyir. Təsadüfi deyil ki, YAP bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb.
Çıxış edən deputatlığa namizəd Heydər Əsədov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət inamla inkişaf etdiyini, ötən müddət ərzində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə çox mühüm nailiyyətlər əldə olunduğunu və qalib, qüdrətli, yeni Azərbaycanın Zəfər zirvəsinə yüksəldiyini vurğulayıb.
“Hər zaman demokratik siyasi mühitin və plüralizmin tərəfdarı olan, siyasi sistemin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcək, qarşıda duran milli məqsədləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcəkdir”, - deyən Heydər Əsədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri çıxış edərək parlament seçkilərinin əhəmiyyətindən bəhs ediblər.
Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər