Hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur! -Fotolar
Tarix: 12-08-2024 | Saat: 17:19
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin partiyanın Balakən rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalıları ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb: “Mövcud reallıqlar fonunda bu dəfə də partiyamızın möhtəşəm qələbə qazanacağına əminik”.
Sonra çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev deyib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “Bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları hər birimizin gözü önündədir. Hazırda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur!”.
Deputatlığa namizəd budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsinin önəmini diqqətə çadıraraq hər bir vətəndaşı seçkilərdə aktiv iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Xəlifə Mirəliyev, Rəşid Musayev, Şöyüb Mikayılov və digərləri seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət ediblər.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər