Mobil versiya
YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir -Foto
Tarix: 12-08-2024 | Saat: 16:52
Bölmə:Seçki 2024 | çapa göndər

YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 12 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Piriyeva Pərvanə Əliövsəd qızının Xəzər rayonu Yeni Azərbaycan Partiyası qərargahında seçicilər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Nənəcanov Şəfayət Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd Piriyeva Pərvanə Əliövsəd qızı haqqında seçicilərə məlumat verib.
Çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Bayramova Nəzrin əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.
Daha sonra, fəal gənc Əli Bədəlov qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə danışıb, bu sahədə əldə olunan uğurlara diqqət çəkib. Bildirib ki, Azərbaycan gəncliyi yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır.
Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024