Yeni uğurlara imza atılacaq -Fotolar
Tarix: 12-08-2024 | Saat: 16:43
Bölmə:Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Nərimankənd və Çanaqçı kəndlərində seçicilərlə görüşü keçirilib.
aia.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev vurğulayıb ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan YAP xalqın dəstəyinə güvənir: “Ona görə də, tam əminliklə söyləmək olar ki, indiki parlament seçkilərində də xalq YAP-ın namizədlərinə səs verəcək”.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Onun sözlərinə görə, platformada qazanılan nailiyyətlərlə yanaşı, mühüm prioritet və hədəflərdən irəli gələn vəzifələr öz əksini tapıb. Deputatlığa namizəd bildirib ki, bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi liderlik bacarıqlarının məntiqi nəticəsidir və ölkəmiz həm diplomatik, həm iqtisadi sahələrədə yeni-yeni uğurlara imza atmaqdadır.
Sevinc Hüseynova vurğulayıb ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb.
Çıxışının sonunda deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Sahib Quliyev, Rüfət İmamquliyev, Niyaz Qasımov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Bütün bu fundamental siyasi və iqtisadi əsaslar YAP-ın seçkilərdə qələbəsini təmin edir.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024