Bakıda banklardan kredit götürmək üçün saxta arayış hazırlayıb satan şəxs tutulub.
Tarix: 12-09-2015 | Saat: 23:26
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində banklardan kredit götürmək məqsədi ilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb.
Belə ki, Baş İdarəyə Laçın rayon sakini Ədalət Kalbalıyevin vətəndaşa banklardan birinə təqdim etmək üçün “Uni-İnfo Holding” MMC-də menecer vəzifəsində işləməsi və aylıq 550 manat əmək haqqı alması barədə saxta arayış tərtib edərək 200 manata satmaq istəməsi barədə məlumat daxil olub. Ə. Kalbalıyev saxta arayışı qeyd edilən məbləğə satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, Ə. Kalbalıyev paytaxtdakı poliqrafiya mərkəzlərindən birində sözügedən firmanın rekvizitləri olan boş blankda vətəndaşın həmin şirkətdə işləməsi barədə saxta arayış hazırlayıb. Daha sonra isə o, saxta arayışı firmanın direktoru kimi imzalayaraq saxta möhürlə təsdiqləyib.
Baxış zamanı Ə.Kalbalıyevin idarə etdiyi avtomobildən və poliqrafiya mərkəzindən müxtəlif banklara təqdim etmək üçün tərtib edilən saxta arayışlar, möhürlər, adıçəkilən firmanın rekvizitləri olan boş blanklar və onların hazırlanmasında istifadə edilən kompüter avadanlıqları aşkar edilərək götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024